Böyük Britaniyada yaşı 30 və ondan aşağı olan ən varlı idmançıların adı açıqlanıb.
Aktual.az qol.az-a istinadən xəbər verir ki, siyahının ilk pillləsində İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Ueyn Runidir. Onun 82 milyon funt-sterlinq vəsaiti var.
İkinci sırada tennisçi Endi və Ceymi Mürrey qardaşları (58 milyon funt-sterlinq), üçüncü pillədə Rori Makilroy (56 milyon funt-sterlinq) qərarlaşıblar.
İngiltərənin ən çox qazanan yaşı 30-dək olan 10 idmançısı aşağıda adları qeyd olunanlardır:
1. Ueyn Runi - 82 milyon funt-sterlinq
2. Endi və Ceymu Mürrey - 58 milyon
3. Rori Makilroy - 56 milyon
4. Qaret Beyl - 34 milyon
5. Serxio Aquero - 33 milyon
6. David Silva - 31 milyon
7-8. Sesk Fabreqas - 29 milyon
7-8. Radamel Falkao - 29 milyon
9. Samir Nəsri - 22 milyon
10-11. Eden Hazard - 18 milyon
10-11. Amir Xan - 18 milyon