Bülletenlərin 99 faizinin sayılmasından sonra hakim Rumıniya Sosial Demokrat Partiyası parlamentin hər iki palatasında mühüm üstünlük qazanıb.
Aktual.az xəbər verir ki, bu barədə Rumıniya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Ölkə Senatına 22.78 faiz səslə Sosial Demokrat Partiyası (SDP), 18.3 faiz səslə Rumınların birləşməsi üçün Alyans (AUR), 14.44 faiz səslə Milli Liberal Partiya (NLP), 11.96 faiz səslə Rumıniyanın Xilası İttifaqı (USR), 7.57 faiz səslə Rumıniyanı xilas edin - S.O.S Partiyası (S.O.S RO), 6.51 faiz səslə Rumıniyadakı Macarların Demokratik İttifaqı Partiyası (UDMR) və 6.23 faiz səslə Gənc İnsanların Partiyası (POT) daxil olub.
SDP 23.41, AUR 17.82, NLP 13.51, S.O.S RO 7.16, UDMR 6.46 və POT 6.29 faiz səslə Deputatlar Palatasına daxil ola biliblər.
Ümumilikdə parlamentə 456 nəfər daxil olacaq.
Qeyd edək ki, Rumıniyada parlament seçkiləri dünən keçirilmişdi.
Xəbər 37 dəfə oxunub.