Uşaqların qışqırıq səsləri onu qıcıqlandırıb.
Tailandda şizofreniyadan əziyyət çəkən kişi beş uşağı qətlə yetirib və hamilə qadını yaralayıb. Bu barədə Asia One məlumat yayıb.
İnsident ölkənin şimalında Çianqmay şəhərində baş verib. Bir ay öncə psixiatrik müalicəxanadan çıxmış Asapa Sivua adlı kişi qonşunun evinə bıçaqla soxulub və kütləvi qətl törədib.
O, beş aydan altı yaşadək olan beş uşağın – dörd oğlan və bir qızın boğazından bıçaqlayaraq qətlə yetirib. Bundan başqa, o, evdə olan hamilə qadının üzünə bıçaqla xəsarət yetirib.
Bundan sonra Sivua qanlı bıçağı əlində sıxaraq evinə qayıdıb. Qışqırıq səsinə çıxan qonşular Sivuanın yaşadığı yeri mühasirəyə alıblar ki, qatil aradan çıxmasın. Qonşular polisin gəlişinə qədər qatili mühasirdə saxlayıblar.
Hüquq mühafizə orqanları Sivuanı zərərsizləşdirəndən sonra onu evdən çıxarıblar. Yerli sakinlər qatilə hücum edərək ona xəsarətlər yetitiblər.
İstintaq güman edir ki, Asapa Sivua qonşu evdəki səs-küyün və uşaqların qışqırıq səslərinin onu qıcıqlandırdığına görə bu cinayəti törədib.\oxu.az
Aktual.az