Bakıda ruhi əsəb dispanserində ölüm faktı qeydə alınıb.
Aktual.az report-a istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserində baş verib.
Belə ki, dispanserdə müalicə olunan 1961-ci il təvəllüdlü Abdullayev Etibar Kamil oğlu dünyasını dəyişib. Onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
E.Abdullayevin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 538 dəfə oxunub.