Ruhanidən Türkiyədəki qiyama REAKSİYA

Ruhanidən Türkiyədəki qiyama   REAKSİYA

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Kirmanşəhərdə çıxış edərək, Türkiyədə hərbi çevriliş cəhdinə münasibət bildirib.

Aktual.az  AZƏRTAC-a istinadən bildirir ki, Həsən Ruhani deyib ki, çevriliş yolu ilə hakimiyyətə gəlmək dövrü artıq geridə qalıb. Hakimiyyətə gəlməyin ən düzgün yolu seçkidir. Məhz seçki yolu ilə xalq öz hakimiyyətini formalaşdırmalıdır.

Prezident qeyd edib ki, Yəməndə, Liviyada qanuni hakimiyyətlərin devrilməsi münaqişələrin yaranmasına səbəb olub. Suriyada da qanuni hakimiyyətin hərbi yolla devrilməsi cəhdləri böyük problem yaradıb.

Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR