İran Prezidenti Həsən Ruhani cari il ərzində Azərbaycana səfər edə bilər.
Aktual.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin mətbuat konfransında deyib.
Səfirin sözlərinə görə, yarım il ərzində İran-Azərbaycan münasibətlərində ciddi inkişaf müşayiət ediləcək.
M.Pakayin, həmçinin Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.