ABŞ-ın dövlət katibi Marko Rubio sabah İsrailə səfər edəcək.
Aktual.az xəbər verir ki, bu barədə ABŞ rəsmiləri "The Times of Israel”ə məlumat verib.
Səfər bu günün sonunda rəsmi şəkildə elan ediləcək və gündəlikdə Vaşinqtonun Qəzzada sülh planının uğurlu icrası ətrafında müzakirələr var.
Qeyd edək ki, bundan əvvəl ABŞ vitse-prezidenti Ceyms Devid Vens, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof və sülh razılaşması danışıqlarının iştirakçısı Cared Kuşner İsraildə səfərdə idi.
Xəbər 46 dəfə oxunub.