ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentinin işçilərinə yazılarda "Kalibri” şriftindən istifadəni dayandırmağı və rəsmi sənədlər üçün "Tayms Nyu Roman”a qayıtmağı əmr edib.
Aktual.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, Rubio daha böyük "Sans serif” şrifti kateqoriyasına keçidi israfçı müxtəliflik təşəbbüsü adlandırıb və "Tayms Nyu Roman”ın daha rəsmi və peşəkar olduğunu müdafiə edib.
Qeyd edək ki, "Kalibri” şriftindən istifadə Co Bayden dövründə görmə qabiliyyəti zəif olan insanlar üçün başlamışdı.
Xəbər 39 dəfə oxunub.