Rostov-Don qəzasının tədqiqatına Birləşmiş Ərəb Əmirliyi, ABŞ və Fransadan olan ekspertlər qatılıblar.
Aktual.az axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı Rusiya Dövlət Aviasiya Komitəsi yayıb. Birləşmiş Ərəb Əmirliyi bu tədqiqata təyyarənin operatoru, ABŞ təyyarənin istehsalçısı, Fransa isə təyyarə mühərrikinin istehsalçısı kimi qoşulacaq.
Qeyd edək ki, Bu gün "Flay Dubay" aviaşirkətinə məxsus "Boinq 737-800" təyyarəsi Rostov-Don şəhərində qəzaya düşüb və 62 nəfər həyatını itirib.