Rostov-na-Donuda yerləşən Dubaydan uçan "Boeing 737-800" təyyarəsinin qəzaya uğradığı Beynəlxalq Aereport martın 20-dək bağlanacaq.
Aktual.az oxu.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti-yə hava limanının rəsmi nümayəndəsi bildirib. Bütün reyslər ləğv olunub.
"Hazırda Praqadan uçan reys Şeremetyevoda ehtiyat aerodromuna enib, İstanbuldan uçan reys isə geri dönüb", - agentliyin həmsöhbəti bildirib.
"Boeing"in qəzaya uğraması nəticəsində həlak olanların 600-ə yaxın qohum və yaxınları martın 19-da səhər aeroporta gəlib.
Rusiyanın İstintaq Komitəsi tərəfindən Rusiya CM 263-cü maddəsinin 3-cü bəndində (hava nəqliyyat vasitəsinin hərəkəti və istismarı üzrə təhlükəsizlik qaydalarının pozulması nəticəsində iki və daha çox insanın ölümünə səbəb olmaq) nəzərdə tutulmuş cinayətin əlamətlərinə dair cinayət işi qaldırılıb.
Bu gün təxminən saat 3.40 radələrində Dubay-Rostov-na-Donu reysi ilə uçan "FlyDubai" şirkətinə məxsus təyyarə enərkən qəzaya uğrayıb. Eniş zamanı təyyarə yerə toxunub və hissələrə parçalanıb. Göyərtədə 55 nəfər sərnişin və 7 nəfər heyət üzvü olub, onların hamısı həlak olub.
Rostov vilayətinin qubernatoru Vasili Qolubev bəyan edib ki, "Boeing"in qəzaya uğramasına səbəb kimi yalnız polis hava şəraiti nəzərdən keçirilir. Şənbə gününə keçən gecə martın 19-da regionda yağış və güclü külək olub, bu ərəfədə FHN qasırğa xəbərdarlığı yayıb.