"Real"ın hücumçusu Kriştianu Ronaldu növbəti dəfə xeyirxah addım atıb.
Aktual.az qol.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bu dəfə Portuqaliya-İspaniya sərhədində baş vermiş yanğından xəsarət alan insanlara yardım edib.
Bu haqda Ronaldunun bacısı Katya Aveyru Facebook-da yazıb. O bildirib ki, Kriştianu 370 nəfərə göstərilən tibbi xidmətin haqqını ödəyib.
Qeyd edək ki, 2 dövlət arasındakı yanğın zamanı 45 nəfər həyatını itirib.
Aktual.az
Xəbər 498 dəfə oxunub.