Ronaldu və Alonso yanvarın 22-də məhkəmə qarşısına çıxacaq

Ronaldu və Alonso yanvarın 22-də məhkəmə qarşısına çıxacaq
  • İDMAN

Əvvəllər "qaymaqlar"ın sıralarında çıxış etmiş "Yuventus"un hücumçusu Kriştianu Ronaldu və "Real" U14-ün məşqçisi Xabi Alonso yanvarın 22-də Madriddə vergi fırıldaqçılığı ittihamı ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Aktual.az "Report"a istinadən bildirir ki, Ronaldu artıq İspaniya hökuməti ilə razılıq əldə edib.
Razılığa görə, futbolçu hökumətə 19,1 milyon avro ödəməli və iki il şərti həbs cəzası almalıdır. 33 yaşlı portuqaliyalı 2011-ci ildən 2014-cü ilə qədər imic hüquqlarından gəlir vergisi qismində 14,5 mln. avro ödəməkdən boyun qaçırmaqda ittiham olunur.
Alonso ilə bağlı vəziyyətdə isə prokurorluq 2010, 2011 və 2012-ci illərdə vergi qanunvericiliyini pozduğuna görə, ispaniyalını 5 il azadlıqdan məhrum etmək və onu təqribən 4 mln. avro məbləğində cərimələməyi tələb edir. Madrid məhkəməsi xeyrinə qərar çıxarmayacağı təqdirdə, 37 yaşlı Xabini real həbs cəzası gözləyir.
Daha əvvəl həmçinin cinsi təcavüzdə ittiham olunan Ronaldudan DNT nümunəsi götürüləcəyi bildirilmişdi.
Xəbər 534 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR