"Real"ın futbolçusu Kriştianu Ronaldunun meneceri Xorxe Mendeş PSJ-nin prezidenti Nasser Əl-Xəlafi ilə görüşüb.
Aktual.az-ın Qol.az-a istinadən xəbərinə görə, görüş Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda "Real" - PSJ qarşılaşmasından sonra baş tutub.
"Marca" qəzeti iddia edib ki, görüşdə "Real"ın hücumçusu Kriştianu Ronaldunun Paris klubuna mümkün keçidi müzakirə olunub. Portuqaliyalı futbolçunun daha öncə verdiyi açıqlamasında "Real"dan ayrıla biləcəyini söyləməsi onun PSJ-yə keçidi iddialarını daha da gücləndirib.
Xatırladaq k, Nasser Əl-Xəlafinin X.Mendeşdən əvvəl Madrid klubunun prezidenti Florentino Pereslə görüşdüyü iddia edilir.