Turinin "Yuventus" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ölkəsində aldığı dövlət mükafatlarından məhrum edilməyəcək.
Aktual.az "Report"a istinadən bildirir ki, Portuqaliyanın Fəxri Ordenlər Şurası qərara alıb ki, İspaniya məhkəməsinin hökmü Ronaldunu mükafatlardan məhrum etmək üçün tutarlı əsas deyil.
Daha əvvəl Ronaldunun İspaniya məhkəməsinin futbolçunu 23 il müddətinə şərti həbs cəzasına məhkum etməsindən sonra İnfant don Enrike (Milli Cəngavər) və "Xidmətlərinə görə" ordenlərindən məhrum edilə biləcəyi bildirilmişdi.
Aktual.az
Xəbər 447 dəfə oxunub.