Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "böyük beşlik" ölkələri futbol çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında ilk üçlüyə daxil olub.
Aktual.az-ın Qol.az-a istinadən xəbərinə görə, dünən La Liqada "Las Palmas"la oyunda (3:1) Ronaldu komandası "Real"ın qollarından birinə imza atıb. İspaniya mətbuatı yazır ki, bununla da o, "böyük beşlik" ölkələrinin liqalarındakı qollarının sayını 317-yə çatdırıb. Kriştianu bu qollardan 233-nü İspaniya, 84-nü isə İngiltərə çempionatında vurub.
Qeyd edək ki, haqqında söhbət gedən siyahıda ilk yeri XIX əsrin sonları, XX əsrin əvvəllərində 366 qol vuran Cimmi Qrivz, ikinci yeri isə Herd Müller tutur.
Avropa ölkələrinin "böyük beşliyi"nin bombardirlərinin siyahısı:
1. Cimmi Qrevz (İngiltərə) - 366 qol
2. Herd Müller (Almaniya) - 365
3-4. Kriştianu Ronaldu (Portuqaliya) - 317
3-4. Stiven Blumer (İngiltərə) - 317
5. Diksi Din (İngiltərə) - 310
6. Delio Onnis (Argentina/İtaliya) - 299
7. Lionel Messi (Argentina) - 288
8. Qordon Conson (İngiltərə/CAR) - 287
9. Alan Şirer (İngiltərə) - 283
10. Silvio Piola (İtaliya) - 274