Ronaldu, Messi və Levandovski ən yaxşı futbolçu adına namizəd oldu

Ronaldu, Messi və Levandovski ən yaxşı futbolçu adına namizəd oldu
  • İDMAN

FIFA ilin yaxşı futbolçusu adına namizəd futbolçuların adlarını açıqlayıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya "Yuventus"undan Kriştianu Ronaldu, İspaniya "Barselona"sından Lionel Messi, Almaniya "Bavariya"sından Robert Levandovski, Fransa PSJ-sindən Neymarla Kilian Mbappe, İngiltərə "Liverpul"undan Tiaqo Alkantara, Məhəmməd Salah, Sadio Mane, Virgil Van Dayk, İspaniya "Real Madrid"indən Serxio Ramos və İngiltərə "Mançester Siti"sindən Kevin De Breyne iddia edir.
Qeyd edək ki, "The Best" mükafatı dekabrın 17-də təqdim ediləcək. Tədbir onlayn formatda təşkil ediləcək. Səsvermə 25 noyabr - 9 dekabrda gerçəkləşəcək.Dekabrın 11-də isə FIFA 3 finalçının adlarını açıqlayacaq.
2019-cu ilin ən yaxşı futbolçusu adını Lionel Messi qazanıb.
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR