DÇ-2022-nin 1/4 finalında Portuqaliya Mərakeş oyunundan sonra 37 yaşlı ulduz futbolçu Kriştianu Ronaldu göz yaşlarını saxlaya bilməyib.
O meydanı ağlayaraq tərk edib.
Qeyd edək ki, Portuqaliya Mərakeşə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
K.Ronaldu iştirakçısı olduğu beş dünya çempionatının heç birində mükafat qazana bilməyib.
Xəbər 439 dəfə oxunub.