"Real Madrid" 120 milyon avroya "yox" dedi.
Aktual.az xəbər verir ki, klub "Paris Saint Germain"nin (PSJ) Ronaldo üçün verdiyi təklifi rədd edib. "Real Madrid"in rəhbəri Florentino Perez dünyanın ən yaxşı oyunçularından olan Ronaldonu Fransız klubuna verməyib.
Yaxın Şərqin ən məşhur qəzeti olan "Rotana" Florentino Perezin iyul ayının əvəllərindəQətərin paytaxtı Dohada "Paris Saint Germain"nin sahibi qətərli iş adamı Nasser Əl-Xelafi ilə görüşdüyünü yazıb. Ronaldo üçün dodaq uçuqladan təklif də məhz bu iclasda səslənib və qəbul edilməyib.
İddialara görə, qətərli iş adamı olan Əl Xelaifi Ronaldo ilə əlaqə qurub və onun "Real Madriddə" özünü xoşbəxt hiss etmədiyini öyrənib. Bundan sonra oyunçunun transferi üçün hərəkətə keçib.
İş adamı PSJ-ni aldıqdan sonra astronomik rəqəmlərə etdiyi transferlərlə gündəmə gəlmişdi.
"Real Madrid" rəhbərinin ona cavabı isə heç də ürəkaçan olmayıb: "Ya Kriştiano Ronaldonun sərbəst qalması üçün 1 milyard avro ödəyin, ya da bu transfer heç vaxt olmayacaq".
"Paris Saint Germain" rədd cavabı alsa da, Ronaldonu əldən vermək niyyətində deyil. Klub ötən mövsümdə 54 qarşılaşmada 61 qol atan və İspaniya klubuna 2009-cu ildən bu yana 300 maçta 313 qol qazandıran futbolçu üçün yeni təkliflərlə meydana çıxacaq. Ans