Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda "Borussiya" ilə qarşılaşan "Real"ın oyunçusu Kristianu Ronaldu tarixə düşüb.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bunu matçda "kral klubu"nun ikinci qolunu vurmaqla bacarıb.
Qarşılaşmanın 13-cü dəqiqəsində dortmundluların qapıçısını məyus edən Ronaldu bununla da Çempionlar Liqası tarixində qrup mərhələsinin 6 oyununda da qol vuran ilk oyunçu olub.
Qeyd edək ki, hazırda ilk hissəsi davam edən oyunda "Real" 2:0 hesabı ilə öndədi.
Aktual.az Xəbər 432 dəfə oxunub.