Ronaldo rekorda şərik çıxdı

Ronaldo rekorda şərik çıxdı

AÇ-2016-nın qrup mərhələsində İslandiya ilə oyun Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo üçün əlamətdar olub.

Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, komandasının kapitanı 1:1 hesabı ilə başa çatan qarşılaşmada 127-ci dəfə yığmasının şərəfini qoruyub.

O, bununla da Portuqaliya millisinin əfsanəsi Luiş Fiqunun rekordunu təkrarlayıb. Ronaldo iyunun 18-də Avstriya ilə görüşə çıxacağı halda isə mütləq rekorda sahib olacaq.

Qeyd edək ki, Ronaldo yığmasının heyətində 58 qola sevinib.

Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR