Portuqaliyalı futbolçu Kriştiano Ronaldo İspaniyanın "Almeríya” klubunda səhm payı alıb.
Aktual.az xəbər verir ki, bunu idmançını təmsil edən konsaltinq şirkəti olan "Brunswick Group” açıqlayıb.
Ronaldo Səudiyyə Ərəbistanı investoru Məhəmməd Əl-Xureyqinin sahib olduğu klubun 25%-lik payını alıb. Satınalma beşqat "Qızıl top” mükafatçısının törəmə şirkəti olan "CR7 Sports Investments” vasitəsilə həyata keçirilib.
"Almeríya” hazırda İspaniya futbolunun ikinci ən yüksək divizionu olan "Segunda Division”da üçüncü yerdədir. Komandanın sonuncu dəfə La Liqada çıxışı 2023/24 mövsümündə olub.
41 yaşlı Ronaldo hazırda 2022-ci ilin sonlarında qoşulduğu Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunda oynayır.(konkret.az)
Xəbər 48 dəfə oxunub.