Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Azərbaycana bu həftə həyata keçirdiyi səfərindən çox razı qalıb.
Aktual.az Qol.az-a istinadən xəbər verir ki, 36 yaşlı dünya çempionu "Qəbələ" klubunun dəstəyi ilə Bakıda açılacaq futbol akademiyası ilə bağlı paytaxtımıza səfəri çərçivəsində Bakı Olimpiya Stadionunda "qırmızı-qaralar"ın U-15 komandasının məşqində iştirak edib.
Ronalindo şəxsi saytında həmin məşqdən çəkilmiş fotonu paylaşıb və təəssüratlarını yazıb:
"Arzuların həyata keçdiyini görmək çox sevindiricidir. Ən çox sevdiyim idman növünün inkişafında rol oynamaq xoşdur. Ümid edirəm ki, yaxın zamanda bu uşaqların meydançada parladığını görəcəyik".
Aktual.az
Xəbər 458 dəfə oxunub.