"Roma"nın yeni baş məşqçisi Unay Emeri ola bilər.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, belə iddia ilə "Corriere dello Sport" nəşri çıxış edib.
Qeyd olunur ki, "Sevilya"dan Emeri ilə yaxşı tanış olan Ramon Monçi "canavarlar"a idman direktoru təyin olunan kimi 45 yaşlı mütəxəsisi də kluba gətirəcək. Monçi və Emerinin 3 illik müqavilə barədə razılığa gəldiyi deyilir. İspaniyalı mütəxəsis PSJ-dən istefaya göndərilsə, "Roma"ya gedəcək.
Aktual.az
Xəbər 459 dəfə oxunub.