İtaliyanın "Roma" klubu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II tur matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.
Aktua.az Report-a istinadən xəbər verir ki, yarımmüdafiəçi Dieqo Perotti "Udineze" ilə A Seriyasının VI tur qarşılaşmasında zədə alıb.
O, ayağının kəsilmiş hissəsinin fotosunu şəxsi "Instagram"ında yerləşdirib. Bakıya səfər edə bilməyəcək 29 yaşlı argentinalı oyunçunun oktyabrın 1-də "Milan"la səfər matçında da iştirakı sual altına düşüb.
Daha əvvəl Patrik Şikin də zədə üzündən "Qarabağ"la və Çexiya millisinin heyətində oktyabrın 5-də Azərbaycan yığması ilə görüşləri buraxacağı açıqlanıb.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlanacaq.
Aktua.az
Xəbər 379 dəfə oxunub.