Roma Papası Fransisk bu gün Qazaxıstana uçub.
Aktual.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Vatikanın rəsmi saytında bildirilib.
"Bu səhər Roma Papası Fransiskin Dünya və Ənənəvi Dinlər Liderlərinin VII Konqresi ilə əlaqədar Qazaxıstana 38-ci Beynəlxalq Apostol Səfəri başlayıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Azərbaycanı tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə təmsil edir.
Xəbər 266 dəfə oxunub.