Roma Papası qarşıdakı Azərbaycan səfərinin səbəblərini açıqlayıb

Roma Papası qarşıdakı Azərbaycan səfərinin səbəblərini açıqlayıb

Roma Papası Fransisk sentyabrın 30-dan oktyabrın 2-dək Gürcüstan və Azərbaycana səfər edəcək.

Aktual.az report-a istinadən bildirir ki, bu barədə Papanın özü Vatikandakı çıxışı zamanı deyib.
O bu ölkələrə səfər etmək təklifini iki səbəbdən qəbul edib.

"Birincisi, bu torpaqlarda mövcud olan qədim xristian köklərinin dəyəridir. Bu, həmişə digər dinlər və mədəniyyətlərlə dialoq ruhudur", - deyən Roma Papası ikinci səbəb kimi sülhə ümid və yollarının təşviqini göstərib.

"Tarix bizi sülh yolunun böyük əzm və kiçikdən başlayaraq tədricən böyüyən, bir-birinə güzəştə gedən daimi addımlar tələb etdiyini öyrədir. Bu səbəbdən arzum hər kəsin barışığa öz töhfəsini verməsidir", - deyə Papa Fransisk qeyd edib.
Xatırladaq ki, iyunun 24-26-da Roma Papası artıq Ermənistana səfər edib.

Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR