ABŞ Prezidenti Donald Tramp ABŞ-Avropa ittifaqını pozmağa çalışır.
Aktual.az xəbər verir ki, bunu Roma Papası XIV Leo Trampın Avropanın tənəzzüldə olduğu və zəif liderlərlə idarə edildiyinə dair son açıqlamalarına münasibət bildirərkən deyib.
"Təəssüf ki, bunun bəzi aspektləri illərdir Avropa ilə ABŞ arasında mövcud olan əsl ittifaqda böyük dəyişikliklərə səbəb olub”, - o bildirib.
Jurnalistin ABŞ-ın hazırladığı Ukrayna sülh planını ədalətli hesab edib-etmədiyi barədə suala isə Papa şərh verməməyi üstün tutub:
"Bu, Prezident Tramp və onun müşavirlərinin hazırladığı proqramdır. O, Amerika Birləşmiş Ştatlarının prezidentidir. O, bunu etmək hüququna malikdir. Planda ABŞ-da bir çox insanın razılaşacağı bir sıra məqam var, eyni zamanda bir çoxu da vəziyyətə fərqli baxacaq”.
Xəbər 37 dəfə oxunub.