“Roma” 5 milyon avro cərimələndi

“Roma” 5 milyon avro cərimələndi

"Roma” klubu UEFA tərəfindən maliyyə "fair-play” qaydalarını pozduğuna görə 5 milyon avro cərimələnib.
Aktual.az xəbər verir ki, bu barədə "Calciomercato” məlumat yayıb.
"Roma” klubu iyunun 30-na kimi xərcləri kompensasiya etmək üçün 28 milyon avro kapital artımı təmin etməli idi, lakin bunu edə bilmədi. Klubu daha ciddi cəza – 50 milyon avro və avrokuboklardan uzaqlaşdırma gözləyirdi”, - məlumatda deyilir.
Qeyd edək ki, başa çatan İtaliya çempionatını 6-cı pillədə başa vuran "Roma” Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR