Robota vətəndaşlıq verildi - TARİXDƏ İLK DƏFƏ!

Robota vətəndaşlıq verildi - TARİXDƏ İLK DƏFƏ!

Ər-Riyadda keçirilən "Future İnvestment İnitiative" iqrtisadi konfransı zamanı insanabənzər Sofiya adlı robota Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib.

Aktual.az  lent.az-a istinadən xəbər verir ki, tarixdə ilk dəfədir ki, bir robot hansısa ölkənin vətəndaşlığına qəbul edilir.  
 
"Bizim kiçik elanımız var. Elə indicə bir xəbər öyrəndik. Robot Sofiya, ümid edirəm mənə qulaq asırsınız, siz Səudiyyə Ərəbistanı təbəəsi oldunuz", - deyə panel müzakirələrinin moderatoru Endryu Sorkin tədbir zamanı elan edib. Robot Sofiya isə səhnədən təşəkkür edib: "Səudiyyə Ərəbistanı Krallığına təşəkkür edirəm. Mən dünyada vətəndaşlıq alan ilk robotam".
 
Sofiyanın 60-dan çox emosiyası var. Onun gözlərində həmsöhbətlə təmas üçün xüsusi kamera yerləşdirilib. Sofiyanı hazırlayan Devid Hanson britaniyalı aktrisa Odri Hepberndən (Audrey Hepburn, 1929-1993) ilhamlanıb. (Aktrisanın fotosu aşağıda.) 2016-cı ilin martında müsahibə zamanı Sofiya "Sən insanları öldürəcəksənmi?" sualına müsbət cavab verib. Bu ilin aprelində isə o, ABŞ televiziya kanalları ilə çıxışında dünyanı ələ keçirmək istədiyini bildirsə də, sonradan bunu zarafat olduğunu söyləyib.
 
Aktual.az 
Xəbər 769 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR