Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini tarixi uğura imza atıb.
"Report"un məlumatına görə, 55 yaşlı mütəxəssis İtaliya yığmasında ardıcıl 10 qələbə qazanaraq komandanın tarixinə düşüb.
Təcrübəli məşqçi AVRO-2020-nin seçmə mərhələsində səfərdə Bosniya və Herseqovinanı məğlub etdikləri (3:0) oyunda buna nail olub.
İtaliya J qrupundakı bütün matçlarını qələbə ilə bitirib, bu oyunlardan öncə isə yoldaşlıq oyununda ABŞ-ı 1:0 hesabı ilə üstələyib.
Yığmadakı əvvəlki rekord 1938-ci ildə ardıcıl doqquz qələbə qazana bilən baş məşqçi Vittorio Pozzoya aid idi.
Qeyd edək ki, İtaliya millisi AVRO-2020-nin final mərhələsinə vəsiqəni öncədən təmin edib.
Xəbər 447 dəfə oxunub.