Robert Prosineçki: "Yayılan xəbərlər doğrudur"

Robert Prosineçki:
  • İDMAN

"AFFA ilə bütün sənədləri həll etmişik. Artıq gələcəyim barədə düşünə bilərəm".

Aktual.az  apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan yığması ilə müqaviləsi gələn ay başa çatacaq Robert Prosineçki deyib.
Ölkəsinin mətbuatına açıqlama verən xorvatiyalı çalışdırıcı gələcək karyerası haqda fikir bildirib.
O, Sloveniya millisinin xidmətində maraqlı olduğunu təsdiqləyib. Prosineçki yaxın günlərdə bu ölkənin federasiya rəhbərliyi ilə görüşəcəyini qeyd edib: "Bəli, Sloveniya yığmasını çalışdıra bilərəm. Yayılan xəbərlər doğrudur. Bu həftə qarşı tərəflə öncə telefonla danışığım olacaq. Daha sonra isə federasiyanın prezidenti ilə görüşəcəm".

Qeyd edək ki, Robert Prosineçkini Azərbaycan millisində Qurban Qurbanovun əvəzləyəcəyi artıq açıqlanıb. "Qarabağ"ın çalışdırıcısı yeni işinin icrasına dekabrda başlayacaq. 
 
Aktual.az
Xəbər 463 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR