Niderland millisinin keçmiş futbolçusu Aryen Robben gələcək planlarından danışıb.
Hazırda o, böyük oğlunun oynadığı Xroninqenin "Bee Cake U-15” komandasını çalışdırır.
"Hələlik buranı bəyənirəm və düşünürəm ki, bu kifayətdir. Mən iddialı deyiləm. Bəlkə beş ildən sonra siz məni baş məşqçi və ya texniki direktor kimi görəcəksiniz, ya da ola bilsin ki, supermarketdə menecer olacağam”, – deyə Robben "De Telegraaf”-a müsahibəsində bildirib.
Xəbər 2508 dəfə oxunub.