Barbadoslu müğənni Rihanna Hollivudda gecə klublarından birinə girərkən obyektivlərə tuş gəlib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ifaçı geyimi ilə diqqət mərkəzinə çevrilib. Cins şortikinin üstündən alt paltarı geyinən Rihanna üst geyimi kimi qara gödəkçədən istifadə edib.
Döymələri ilə diqqət çəkən müğənni jurnalistlərin son vaxtlar adı hallandığı futbolçu Karim Benzema ilə bağlı suallarını cavablandırmayıb.
Rihanna kluba daxil olarkən fotoqrafların üzündən izdiham yaşanıb. İfaçı cangüdənlərinin köməyi ilə məkana daxil ola bilib.







Aktual.az