Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da 2016/2017-ci tədris ili üçün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.
TQDK-dan AzNews.az-a verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün ərizə vermiş namizədlər iyulun 21-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. Bu gün saat 11:30-a olan məlumata əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 442 namizəddən 58 nəfəri “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap etməyib.
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi – ixtisas fənləri üzrə onlayn sınaq imtahanı aparılır. 26 iyul saat 11:30-a olan məlumata əsasən, cəmi 174 nəfər sınaq imtahanında iştirak edib.