2016/2017-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün müsabiqə şərtini ödəmiş 2 namizəd ərizə ilə müraciət edib.
Bu barədə Aktual.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumatda deyilir.
Qəbul olmuş namizədlərin siyahısı:
İş nömrəsi Topladığı bal Qəbul olduğu ixtisasın kodu
114651 96 343167
389291 94 361116
Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri 2016-cı il avqustun 24 və 25-də müvafiq quruma:
– Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə;
– Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizəd Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.