Çörəyin qiyməti düşdü - AÇIQLAMA

Çörəyin qiyməti düşdü   - AÇIQLAMA

"Rahat" marketlər şəbəkəsi bu gün sosial şəbəkələrdə mağazalarının birində çörəyin qiyməti ilə bağlı məsələyə aydınlıq gətirib.


Aktual.az "Report"a istinadən xəbər verir ki, şirkətdən daxil olan məlumata görə, baş verən hadisə mağazada texniki səhv nəticəsində çörəyin qiyməti artıq yazılıb. Dərhal texniki səhv aradan qaldırılıb, qiymət dəyişdirilərək köhnə qiymətə qaytarılıb.
Məlumatda deyilir: "Bəzi KİV, sosial şəbəkələrdə Rahat marketin alış-veriş çekini çəkərək çörəyin qiymətinin qalxması ilə bağlı paylaşımlar ediblər. Hal-hazırda "Rahat" marketlərin bütün filiallarında çekdə göstərilən çörəyin qiyməti 0,40 AZN-dir və ümumiyyətlə heç bir çörək çeşidlərinin qiymətində qalxma olmayıb. Kassirin mexaniki səhfi üzündən anlaşılmazlıq olub".

Xəbər 725 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR