Quba rayon sakini Laçın Bayramovun aldığı çörəyin içindən iynə çıxıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, L.Bayramov çörəyi Qubada "Tək ulduz" mağazasından aldığını bildirib.
"Çörəyi yemək üçün iki yerə böldüm. Böldüyüm hissələrin içərisində iynə olduğunu gördüm", - rayon sakini deyib.
Qeyd edək ki, L.Bayramov Qubanın Digah kəndində yaşayır.