Ürəyimdən sizi sevindirmək keçdi - Elşən Musayev

Ürəyimdən sizi sevindirmək keçdi  - Elşən Musayev

Keçən il 7 martdan 8-nə keçən gecə saat 3-də evdən çıxdım. Texniki Universitetin yanındakı ”Ağçiçəyim”ə getdım. 9 dəst 1 ədəddən ibarək gül buketi bağlatdırdım. Və...həmin çiçəkləri Şərifzadə küçəsində yol süpürən qadınlara vermək amacı ilə yoluma davam etdim.

Gecənin qaranlığında ünvansız qonağın səki ətrafında maşın saxlaması xeyirli nəsə vəd etməz. Elə bu səbəbdən də günəşin doğmasına hələ bir xeyli qala küçə təmizləməyə başlayan xanımlar heyrət içində, son dərəcə çaşqın vəziyyətdə + əllərində süpürgə bir-birinə baxırdılar. Nə baş verdiyinə izah tapmaq istəyirdilər. Tapammırdılar.

Avtomobildən düşdüm. Əlimdəki gülü onlara doğru uzatdım. Elə o formada da yolun ortasında qaldım. Çünki heç biri götürmədi. “Ürəyimdən sizi sevindirmək keçdi, sadəcə bu qədər”- deyib söhbətə başladım. Yenə səsləri çıxmadı, pozisionları dəyişmədi. Bir-birinə ünvanladıqları telepatik baxışlardan isə aydın bir sual sezilirdi: ”Niyə?”.
- “8 Martdır. Beynəlxalq qadınlar günü! Ona görə”- davam elədim.

***

Siz - səssizliklə coşqu arasında çox qısa məsafənin olduğunu bilirdinizmi?
Siz - nəinki 8 martı ya da hansısa bayramı, ümumən qadın olduğunu unudan insanların necə sevindiyini, sevinə bildiyini, sevinmək istədiyini həyatınızda bir dəfə də olsa fərq etdinizmi?
Siz – üzünüzün almacıq sümüyünü bərk- bərk sıxıb, gözlərinizin də tən içinə baxıb ağlayaraq “Oğlum, sağ ol. Çox sağol” – deyən ANA, QADIN gördünüzmü?
Siz- bu bayramı ən çox haqq edənləri nə zamansa təbrik etdinizmi?

Xeyrsə əgər, düz 2 saat yarımdan sonra tələsin.
Gözəl hissdir. Yaşamağa dəyər....

Xəbər 1211 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR