Ürəyim sıxılır, rahat nəfəs ala bilmirəm deyənlər - OXUSUNLAR

Ürəyim sıxılır, rahat nəfəs ala bilmirəm deyənlər  - OXUSUNLAR

Müşfiq Sadıqov: “Siqareti kor-koranə tərgitmək ağır fəsadlara səbəb ola bilər”

“Hər il dünyada milyonlarla insan siqaretin qurbanı olur ki, onların arasında uzun müddət bu zərərli vərdişdən istifadə edib, sonradan imtina edənlər də az deyil”.

Belə bir sensasion açıqlama ilə ölkəmizin tanınmış həkim-endoskopist, Rusiya Endoskopistlər Assosiasiyasının həqiqi üzvü Müşfiq Sadıqov çıxış edib.

O qeyd edib ki, siqareti atmaq niyyətində olan şəxslər ilk növbədə bronxoskopik müayinədən keçməlidirlər:

“Hər bir siqaret çəkən, xüsusən də uzun müddət nikotin qəbul etmiş insan ilk növbədə siqaretin ona vurduğu ziyanı müəyyən etməyə çalışmalıdırlar. Heç kimə sirr deyil ki, tütün məmulatlarından müntəzəm istifadə əsasən bronxlar və ağciyərlərdə ciddi problemlər yaradır. Bu baxımdan siqaretin ilk fəsadları da məhz bu orqanlarda müşahidə olunmağa başlayır”.

Hazırda ölkəmizdə çox nadir müayinə üsullarından sayılan bronxoskopiyanın əhəmiyyətindən danışan Dr. Müşfiq Sadıqov bildirdi ki, bu müayinə siqaret çəkənlərdə hansı fəsadların yarandığını müəyyən etməyə imkan yaradır:

“Uzun müddət öskürək, bəlğəm ifrazından əziyyət çəkən xəstələr bronxoskopiya müayinəsinə qatılaraq, gələcəkdə ola biləcək mümkün risklərdən sığortalanmış olarlar”.

M.Sadıqov söylədi ki, təkcə siqaret çəkənlərdə deyil, səs tellərində dəyişiklik hiss edənlər də bu müayinəyə qatıla bilərlər:

“Bəzən çox ciddi problemlər özünü hava çatışmazlığı, təngnəfəslik kimi hallarla büruzə verirlər. Bəlkələrə güvənmək lazım deyil və vaxtında müayinə olunmaqla siz özünüzü gözləyən mümkün təhlükələrdən yayına bilərsiniz”.

Xatırladaq ki, Dr. Müşfiq Sadıqov Rusiyada təhsil alıb. Sankt-Peterburq Dövlət Tibb Akademiyasını bitirib. Uzun müddət Rusiyada çalışan M.Sadıqov hazırda ölkəmizdə bronxoskopiya müayinəsini həyata keçirən çox azsaylı mütəxəssislərdəndir.

Hazırda Azərbaycan Avropa Tibb Assosiasiyasının sədri, Fransa təhsilli uzman-uroloq Araz Bayramovun rəhbərlik etdiyi ölkəmizin ən nüfuzlu tibb mərkəzlərindən olan “Medika Hospital”da aparıcı həkimi vəzifəsində çalışır.

Qəbula yazılmaq istəyən xəstələrin öncədən qeydiyyatdan keçməsi vacibdir!!!

Əlaqə telefonu:

(070) 778-40-00

Xəbər 7353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR