Rusiyanın Yekaterinburq şəhərindəki iki ruferin çəkdiyi video böyük qalmaqal doğurub.
Aktual.az xəbər verir ki, onlar şəhərin ən uca binasının damına çıxandan sonra həyat üçün çox təhlükəli trüklər göstərməyə başlayıblar.
Gənclərdən biri damın qırağında mayallaq aşandan sonra aşağı sallanır, dostu isə onun əlindən tutur.
Dostunun əlindən sallanmış gənc isə divar boyu yellənir.
Bu hərəkət ölümcül təhlükəli olsa da, gənclər gülümsəyirlər. (milli.az)