“Rəy” Monitorinq Mərkəzi Milli Məclisə seçkilərdə 10 seçki dairəsi üzrə 60 seçki məntəqədəsində “exit-poll” keçirib.
Aktual.az “Report”a istinadən bildirir ki, bu barədə Mərkəzin direktoru Rizvan Abbasov məlumat verib.
O qeyd edib ki, “exit-poll” əsasən Bakı və Sumqayıt şəhərlərinin ərazisini əhatə edib: “Ümumilikdə Bakıda 6 dairədə və Sumqayıtda 4 dairədə “exit poll” baş tutub. Sorğuda 7 mindən çox respondent iştirak edib”.
“Exit-poll”un nəticələri belə olub:
8 saylı Binəqədi seçki dairəsi - Azay Quliyev 52,3%
16 Yasamal 2-ci seçki dairəsi - Aytən Mustafayeva 48.9%
20 saylı Nərimanov II seçki dairəsi - Adil Əliyev 65.1%
27 Sabunçu II seçki dairəsi - Dilarə Cəbrayılova 59.9%
29 Səbael seçki dairəsi - Şəmsəddin Hacıyev 63.3%
34 Xətai II seçki dairəsi - Fuad Muradov 62.5 %
41 Sumqayıt I seçki dairəsi - Mirzəcan Xəlilov 48.1%
42 Sumqayıt II seçki dairəsi - Tahir Mirkişili 55.7%
43 Sumqayıt 2-ci seçki dairəsi - Muxtar Babayev 60.6 %
44 saylı Sumqayıt-Xızı seçki dairəsi - Salayev Hacı 44.9
Aktual.az