Respublikanın yollarında vəziyyət

Respublikanın yollarında  vəziyyət

"Azəravtoyol” ASC-nin Bakı şəhərində balansında olan küçə və prospektlərdə, respublikanın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir problem müşahidə olunmur. 

Aktual.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin rəisi Anar Nəcəfli bildirib.

A.Nəcəflinin sözlərinə görə, gecə və səhər saatlarında Bakı şəhərinin bəzi ərazilərində, o cümlədən respublikanın dağlıq ərazilərdən keçən avtomobil yollarında buzlaşma qeydə alınıb: 

"Nəticədə hərəkətdə müəyyən çətinliklər yaşanırdı. Ərazilərə cəlb olunmuş maşın-mexanizmlər vasitəsilə yollara duz-qum qarışı səpilərək rahat və maneəsiz hərəkət təmin olunub. Lakin bəzi sürücülərin yollara nasaz avtomobillərlə çıxması, nəqliyyat vasitəsini mövsümə uyğun olmayan şinlərlə idarə etməsi nəticəsində sözügedən avtomobillərin hərəkətində problemlər yaradıb”.
 
Aktual.az
Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR