Respublika Klinik Xəstəxanasında xəstə özünü pəncərədən atıb

Respublika Klinik Xəstəxanasında xəstə özünü pəncərədən atıb

Bu gün Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında intihar edən şəxsin kimliyi məlum olub.

Aktual.az Report-a istinadən xəbər verir ki, bu, İsmayıllı rayon sakini 1967-ci il təvəllüdlü Ağayev Cavid Səmi oğludur. O, özünü xəstəxananın dördüncü mərtəbəsindən atıb.
C.Ağayev bir həftədir ki, xəstəxanada nevroloji müalicə alırmış.
C.Ağayev müalicə aldığı müddətdə onun yanında oğlu olub. Lakin intihar zamanı oğlu yatıbmış.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Aktual.az
Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR