Ukrayna münaqişəsi sona yaxınlaşır.
Aktual.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABC News-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Rusiya sövdələşməyə hazırdır və ümid edir ki, bu, tezliklə əldə olunacaq.
Rusiya XİN başçısının müavini vurğulayıb ki, "xüsusi hərbi əməliyyat” Kiyevin müttəfiqləri Moskvanın qələbəsinin qaçılmazlığını dərk etdikdə başa çatacaq: "Münaqişə nə qədər davam edərsə, onu həll etmək bir o qədər çətin olacaq".
Ryabkov Rusiyanın Donbas, Novorossiya və xüsusən də, Krım məsələsində güzəştə getməyə hazır olmadığını qeyd edib.
Nazir müavini Moskvanın Ankoric sammitində ABŞ-la əldə edilən anlaşmaya qətiyyətlə əməl etdiyini də bildirib: "ABŞ Rusiyanın hansı güzəştlərə getməyə hazır olduğunu və nədən imtina edə bilməyəcəyini bilir. Putin bunu amerikalı həmsöhbətlərinə dəfələrlə izah edib. Rusiya və ABŞ hazırda bir-birini dinləyir və mümkün razılaşmaları araşdırırlar, lakin onlar milli maraqları rəhbər tuturlar".
Ryabkov Rusiyanın NATO-nun Ukrayna ərazisində hərbi mövcudluğuna razı olmayacağını əlavə edib.
O vurğulayıb ki, Moskvanın NATO-dan və alyansın əsas ölkələrinin paytaxtlarından gələn xəbərlərə qətiyyən etibarı yoxdur.
Xəbər 57 dəfə oxunub.