Rəsmi Bakıdan əsir hərbçilərimizlə bağlı açıqlama

Rəsmi Bakıdan əsir hərbçilərimizlə bağlı açıqlama

Azərbaycan ərazisində erməni hərbi əsirlərin olması iddiasına gəldikdə qeyd edək ki, Azərbaycan müharibə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Ermənistana geri qaytarıb.
Aktual.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Böyük Britaniyanın Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ilə mətbuat konfransı zamanı səsləndirdiyi əsassız fikirlərə dair şərhində əksini tapıb.
"Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxribatlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçilərə gəldikdə, onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə məlumdur. Azərbaycanın xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də demək olar yarısını Ermənistana geri qaytarmasına baxmayaraq, Ermənistan tərəfi yolunu azaraq Ermənistana keçmiş 2 nəfər Azərbaycan hərbçisini qurama məhkəmə işi ilə geri qaytarmaqdan imtina edir və bununla etimad quruculuğu səylərinə zərbə vurur”, - XİN-dən bildirilib.
Xəbər 210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR