Həm baş məşqçi, həm də futbolçu
Azərbaycan millisinin və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşüb.
Aktual.az goal.az-a istinadən xəbər verir ki, təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edib. Sadıqov "Qarabağ"ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir.
Ötən il Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan çempionu olan "Qarabağ"ın U-19 komandası da UEFA Gənclər Liqasında mübarizəyə start verib. Sadıqovun rəhbərlik etdiyi komanda qrupda ilk oyununda "Çelsi"yə Londonda 0:5 hesabı ilə uduzub.
Aktual.az Xəbər 467 dəfə oxunub.