Tanınmış meyxana ustası Rəşad Dağlı Hacıqabulda qəzaya uğrayıb. Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın Mil-Muğan bürosunun məlumatına görə, səhər saatlarında Bakı-Qazax yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında 2 nəfər xəsarət alıb. “Toyota Prado” markalı “10 KC 011” dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb. Nəticədə avtomobildə olan meyxana ustası Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu (Rəşad Dağlı) və Bülbülə sakini, 1985-ci il təvəllüdlü Hüseynov Nicat Adil oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, Rəşad Dağlının qolu sınıb. Onun həyatına təhlükə olduğu bildirilir.
Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
// Aktual.az