Rəqsanə qızının nişan tarixini açıqladı

Rəqsanə qızının nişan tarixini açıqladı

Müğənni Rəqsanə İsmayılova qızı Aysuna nişan edəcək.

Axşam.az-a açıqlama verən ifaçı mərasimin bu ayın 28-də baş tutacağını deyib:

""Hə" verilib, indi nişana hazırlaşırıq. Nişanı balaca qızım Yağmurun ad günündə edəcəm, yəni iyunun 28-də. Üzüklər həmin gün taxılacaq. Oğlan Türkiyə vətəndaşıdır və orada yaşayır, amma nişanı Bakıda edəcəyik".

R.İsmayılova nişanın bir neçə gün davam edəcəyini bildirib:

"Şou-biznes olan məclisdə qonaqlar çox olur, nə otura, nə də yemək yeyə bilirlər. Qohum-əqraba üçün ayrı, şou-biznes nümayəndələri üçün ayrı məclis olacaq. Xına mərasimi də edəcəm".

Müğənni məclisin media üçün açıq olacağını da vurğulayıb:

"Onsuz da qapalı məclis etmək alınmır. Qonaqlar şəkil çəkdirir, sosial şəbəkədə yayırlar. Ona görə də niyə medianın xətrinə dəyim ki? Nəyim var ortalıqdadır, niyə gizlədim? Mənim xoş günümdür, gəlib çəksinlər".

// Aktual.az

Xəbər 773 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR