Rəqsanə Azərbaycan xalqı üçün igidlər dünyaya gətirəcək

Rəqsanə Azərbaycan xalqı üçün igidlər dünyaya gətirəcək

"Azərbaycan xalqına igid oğlanlar və qızlar lazımdı, mən hələ dörd-beş uşaq doğacam".

Populyar müğənni Rəqsanə İsmayılova Azərbaycan xalqı üçün igid övladlar dünyaya gətirmək istəyir. ANS PRESS-in məlumatına görə, ifaçı lent.az-a müsahibəsində çoxuşaqlı ana olmaq arzusunu bir daha dilə gətirib: "Azərbaycan xalqına igid oğlanlar və qızlar lazımdı, mən hələ dörd-beş uşaq doğacam".

Rəqsanə tezliklə ana olacağı ehtimalını dilə gətirib: "Ola bilsin ki, qısa müddətdən sonra üçüncü dəfə ana oldum. Çox istəyirəm ki, övladım olsun. Hətta əlacım olsa, 5-10 uşaq dünyaya gətirərəm. Bir də ki, həyatda bir arzum var ki, övladlığa uşaq götürüm. Çünki bütün dünya ulduzları övladlığa uşaq götürür. Həmişə arzu etmişəm ki, himayəmə uşaq götürüm, amma imkanım olmayıb".

O, bir müddət əvvəl süni mayalanma üsulu ilə övlad dünyaya gətirəcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: "Mən sonsuz olsam, uşaq dünyaya gətirə bilməsəm, süni mayalanma edərəm. Amma mən təbii yolla ana ola bilirəm. Süni mayalanmaya niyə əl atım ki? Süni mayalanma edənlərə də pis baxmıram".

Ailəli olduğunu deyən ifaçı, qızlarının artıq həyat yoldaşının soyadını daşıdığını açıqlayıb: "Xoşbəxtəm. Həyat yoldaşım heç bir işimə qadağa qoymur. O, müasir bir insandır. Artıq mənim övladlarımın ikisi də mənim yox, onun soyadını daşıyırlar".

/ Aktual.az

Xəbər 2152 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR