Rəqibini döydü, matçda dava düşdü - Azərbaycanda

Rəqibini döydü, matçda dava düşdü -   Azərbaycanda
  • İDMAN

Azərbaycan çempionatının I divizionunda yarışacaq “Şərurspor”- “Rəvan” qarşılaşmasında dava düşüb.

Aktual.az futbolinfo.az-a istinadən xəbər verir ki, şənbə günü “Rəvan”ın əvəzedici heyəti ilə yoxlama oyununda qarşılaşan “Şərurspor”un oyunçuları əzələ nümayiş etdirib. Əsasən həvəskarlardan və yaşlı oyunçulardan qurulan komanda 3:1 hesabı ilə öndə olduğu vaxt qalmaqal çıxarıb.

Matçın 75-ci dəqiqəsində futbolçulardan biri yeniyetmə rəqibini söyüb. “Rəvan”ın futbolçusu cavab qaytardıqda isə “Şərurspor”un üzvü onu vurub. Dava düşüb və matç yarımçıq dayandırılıb.

Xəbər 821 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR